Polşa Seyminin ƏDV və Aksiz vergisi ilə bağlı fırıldaqların araşdırılmas Komitəsi mayın 29-da ölkənin keçmiş Baş Naziri, hazırda Avropa Şurasının sədri olan Donald Tusku dindirməyi planlaşdırır.

Komissiya sədri Martsin Xorala (Hüquq və Ədalət Partiyası) D.Tuska artıq bildiriş göndərildiyini və onun sorğuya qatılacağına ümid etdiklərini bildirib.

Qeyd edək ki, D.Tusk Polşada Vətəndaş Platforması və Polşa Kəndli Partiyasının yaratdığı koalisiyasının hakimiyyəti dövründə Baş Nazir olub.

Polşa Maliyyə Nazirliyinin hesablamalarına görə, ƏDV-dən dövlət büdcəsinə daxilolmalar 2007-ci ildəki 7 milyard 100 milyon zlotıdan (təxminən, 1,651 milyard avrodan) 2015-ci ildə 50 milyard 400 milyon zlotıya (təxminən, 11, 721 milyard avroya) qədər artıb. Belə fərq Avropa İttifaqının heç bir ölkəsində qeyd alınmayıb.

İstinadlar Report