Polşa Silahlı Qüvvələri şərq sərhədlərində, o cümlədən Rusiya və Belarusla sərhəddə hava hücumundan müdafiənin gücləndirilməsi məqsədilə avqustun 1-dən “Şərq şəfəq” əməliyyatına başlayacaq.

Bu barədə Polşa ordusunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Əməliyyatın məqsədinin ölkənin hava məkanını qanunsuz pozan obyektlərdən qorumaq olduğu bildirilir.

Əməliyyat zonasına şərq və şimal-şərq sərhədləri daxildir.

İstinadlar Report