143 milyonluq mənimsəmədə ittiham olunan zabirlərdən ikisi – Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev və Satınalmalar və Təchizat İdarəsinin rəisi işləmiş Mahir Şirvanovun məhkəmə istintaqı tamamlanıb.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı polkovniklər F. Mirzəyev və M.Şirvanovun ayrı-ayrılıqda xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinmələrini, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkmələri şərti ilə 12 il müddətinə azadlıqdan məhrum edilmələrini tələb edib. 

Vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. 

İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sail Ağasəlim

İstinadlar Qafqazinfo