
“Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işğaldan azad edilən ərazilərdə öz işlərini layiqincə yerinə yetirirlər”.
Bunu nazirliyin “N” saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov deyib.
O bildirib ki, qarşıya qoyulan tapşırıqlar uğurla həyata keçirilir: “İşimizin ağır olmasına baxmayaraq, fəaliyyətimizi layiqincə həyata keçiririk. Hava şəraitindən aslı olmayarq əlimizdən gələni edirik ki, torpaqlarımız minalardan və partlamamış mərmilərdən təmizlənsin”.
Ə.Süleymanov vətəndaşlara çağırış edib: “Xahiş edirəm ki, minalardan təmizlənməyən ərazilərə daxil olmasınlar”.