Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.

FHN-in daxili xidmət polkovnik-leytenantı Ədalət Ələkbərov səhhətində yaranmış problem səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Ələkbərov 2018-ci ildə Prezidentin Sərəncamı ilə “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.