“Bildiyiniz kimi, Ermənistan müxalifətinin əsasını “Qarabağ klanı” təşkil edir. Onlar isə “qisas” istəyirlər. Amma onlar öz ətraflarında cəmi 5 min adam toplaya biliblər. Bu rəqəm isə tədricən azalır. Yəni müxalifətin atdığı addılar hələlik həlledici deyil”.

Bunu “Report”a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.

“Qarabağ klanı”nı dəstəkləyənlər, “suları bulandıranlar” Rusiyadakı erməni diasporu və Rusiyanın siyasi elitasıdır. Buna baxmayaraq, regionda baş verən hadisələr Kremlin mövqelərini zəiflədir. Qlobal proseslər Azərbaycanın xeyrinə inkişaf edir. Bunu İrəvanda da başa düşürlər”.

Qabil Hüseynli Qabil Hüseynli

Qabil Hüseynli

Q. Hüseynlinin fikrincə, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur:

“Müxaligət hansısa addım ata bilməyəcək. Qarabağ indi olduğu kimi, gələcəkdə də Azərbaycanın tərkib hissəsi olaraq qalacaq. Bu isə o deməkdir ki, üçüncü Qarabağ müharibəsinin başlanması real deyil. Çünki regionda Azərbaycan-Türkiyə tandemi həlledici gücdür. Əgər üçüncü savaş başlasa, bu, erməni dövlətçiliyinin son olar. Bunu baş nazir Nikol Paşinyan yaxşı dərk edir. Odur ki, müxalifətə qarşı mübarizə aparır”.

İstinadlar Report