“Rusiya Xarici İşlər Naziri Sergey Lavrov aydın şəkildə izah etdi ki, Qarabağın statusu məsələsi hazırda gündəmdə deyil”.

Bu barədə “Report”a rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert, Rusiya Jurnalistləri Birliyinin üzvü Yevgeni Mixaylov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını şərh edərkən bildirib.

“Rusiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” fikrini eşidib və hesab edirəm ki, əgər gələcəkdə hər hansı statusdan söhbət getsə, bu, yalnız Azərbaycanın tərkibində ola bilər”, – deyə ekspert qeyd edib.

Y.Mixaylovun fikrincə, status məsələsi artıq öz həllini tapıb.

İstinadlar Report