
“BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclasında bir sıra ölkələrin Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsinin arxasında duran amillərdən biri islamofobiyanın yayılmasıdır”.
Bunu “Report”a açıqlamasında britaniyalı politoloq, jurnalist Nil Vatson deyib.
Onun sözlərinə görə, Fransa və Almaniya daxil olmaqla, bir sıra ölkələrin belə bəyanatlar verməsi Ermənistanın qondarma soyqırımı ilə bağlı miflər yayması və onun özünü müsəlman “düşmənlər”lə əhatə olunan xristianlığın qalası rolundakı ölkə kimi təqdim etməsi ilə bağlıdır.