Bakı və İrəvan arasında sülh sazişi hər iki ölkənin milli maraqlarına cavab verməlidir.

Bu barədə açıqlamasında pakistanlı politoloq Basim Reza bildirib.

Onun sözlərinə görə, bu, kənar təzyiq və ya təsirin nəticəsi deyil, tərəflərin öz qərarı olmalıdır.

Politoloq bildirib ki, sülh sazişi xarici təsir, o cümlədən Avropa Parlamentinin təsiri altında deyil, Azərbaycan və Ermənistanın milli maraqları əsas tutulmaqla imzalanmalıdır.

“Bu, bütün regionun inkişafı üçün əsasdır. Sülh sazişi hər hansı xarici təzyiq altında deyil, yalnız Azərbaycan və Ermənistan bunu istədiyi üçün imzalanmalıdır”, – politoloq bildirib.

B.Reza vurğulayıb ki, Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi qərəzlidir, çünki bu qurum Ermənistan və Azərbaycan arasındakı münaqişənin tarixini nəzərə almayıb.

Bundan əlavə, politoloq Avropa Parlamentinin Bakıda keçiriləcək COP29-u boykot etmək çağırışlarının məyusedici olduğunu qeyd edib.

İstinadlar Report