“ABŞ Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqdan narazıdır”.

Bunu “Report”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş bildirib.

“İndi gördüyümüz Cənubi Qafqazda Azərbaycanın qələbəsi ilə başa çatan Qarabağ münaqişəsini əvəz edən yeni geosiyasi mübarizədir. Biz sentyabrda işğal olunmuş torpaqların tam azad edilməsinin şahidi olduq. Erməni diasporunun mənbələri iddia edir ki, guya 44 gün davam edən müharibənin və sentyabr hadisələrinin nəticəsi Vaşinqtonu narazı salıb, çünki o, ABŞ-nin istədiyi kimi və ya Vaşinqtonun üstünlük verdiyi cədvələ uyğun olaraq həyata keçirilməyib”, – irlandiyalı tarixçi bildirib.

P.Uolşun sözlərinə görə, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında addım atdığını nəzərə alsaq, erməni diasporunun bu iddiaları cəfəngiyatdır: “Lakin görünən odur ki, Vaşinqtona Ermənistanın baş naziri Nikol Paşinyan üçün daha asan olacaq ssenari lazım idi ki, hazırda ABŞ Rusiyanın Ermənistana təsirini aradan qaldırmağa çalışır”.

Politoloq qeyd edib ki, ABŞ son vaxtlar Ukrayna və Qəzza zolağında yaranmış çətin vəziyyətə görə çaş-baş qalıb və bu, Vaşinqtonun nüfuzuna xələl gətirir: “Onlar yalnız öz milli maraqlarını fikirləşən və beynəlxalq hüquq çərçivəsindən kənara çıxmayan Azərbaycana münasibətdə məntiqsiz hərəkətlər edirlər”.

İstinadlar Report