NATO-nun baş katibi Yens Stoltenberq vəzifəsində qalmaq istəyir və növbəti dövr üçün ən çox adı çəkilən namizəd kimi görünür.

NATO-nun yüksək rütbəli diplomatı nəşrə deyib: “Stoltenberq vəzifəsində qalmaq istəyir”.

Nəşr qeyd edib ki, alyansda bir çoxlarının baş katib vəzifəsində yeni şəxsi görmək istəməsinə baxmayaraq, müttəfiqlər yeni namizədlə risk etməməyə və Stoltenberqin səlahiyyətlərinin davam etdirilməsinə dəstək verməyə meylli ola bilərlər.

Qəzetin yazdığına görə, bu vəzifə üçün ən çox Niderlandın baş naziri Mark Rutte, Estoniyanın baş naziri Kay Kallas və Britaniyanın müdafiə naziri Ben Uollesin adları müzakirə edilir.

İstinadlar Report