Avropa ölkələri Ukraynaya kəşfiyyat məlumatlarının təqdim edilməsi məsələsində ABŞ-nin yerini doldura bilməyəcək.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarından sonra Avropadakı müttəfiqlər bu boşluğu doldurmağa çalışır. Lakin bunu etmək elə də asan deyil.

“Avropa ölkələrinin həqiqətən bu boşluğu doldura biləcəyinə əmin deyiləm”, – qəzet Avropanın anonim rəsmisindən sitat gətirib.

Nəşr qeyd edib ki, NATO daxilində kəşfiyyat imkanları baxımından Böyük Britaniya, Fransa və Almaniya əsas oyunçular hesab olunsa da, onların Amerika kəşfiyyat strukturlarının miqyas və imkanlarına uyğun gəlməsi çətin görünür.

İstinadlar Report