
Avropa İttifaqı (Aİ) diplomatları ticarət mübahisələri şəraitində ABŞ ilə əlaqələri qurmaq üçün Respublikaçılar Partiyası ilə əlaqəli “DCI Group” lobbi şirkətinin xidmətlərindən istifadə etməyi qərara alıblar.
Bu barədə “Politico” qəzeti məlumat yayıb.
Məlumata görə, nəşrin tanış olduğu sənəddə bildirilib ki, “DCI Group” “ABŞ-də Aİ nümayəndəliyinə xarici maraqlı tərəflər üçün kommunikasiya və ictimaiyyətlə əlaqələr strategiyası məsələləri üzrə məsləhət verəcək. Eyni zamanda xüsusi diqqət ABŞ-də Aİ-nin ticarət və investisiyalarının təşviqinə yönəldəcək.
Avropa Xarici Fəaliyyət Xidmətinin (Avropa İttifaqının vahid diplomatik xidməti) Vaşinqton şirkəti ilə bağladığı müqavilənin müddəti və məbləği barədə məlumat verilmir. Qəzetin sorğusuna cavabda təşkilatın diplomatik xidmətindən qeyd edilib ki, ABŞ-dəki Aİ nümayəndəliyi ölkədəki ictimaiyyətlə əlaqələrin təşviqi üçün müxtəlif resurslardan istifadə edir.