“Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda idim”. 

Bu sözləri ekstrasens Zirəddin Rzayev “İri Plan” “Youtube” kanalına müsahibəsində deyib. Ekstrasensin sözlərinə görə, polislər ondan məlumat istəyiblər.

“Polislər məndən informasiya istəyirdilər, amma mənə heç bir informasiya vermirdilər. Görücü Allah deyil, onun gücündən istifadə etmək üçün ona kömək etmək lazımdır. Mənə şəkil verələr, ad deyələr, qohumdu, ya qonşudu şübhələndikləri… Məsələn, 10 nəfərdən şübhələnirsiniz, onları deməlisiniz ki, mən nəsə deyə bilim. Amma mən divarla öz-özümə danışa bilmərəm”, – deyə Zirəddin Rzayev bildirib.

Ekstrasens bu hadisəyə görə həbs edilən İlkin Süleymanov barədə də danışıb: “Hazırda şübhəli qismində saxlanan və cinayəti etiraf edən adama baxanda onda kişiliklə bağlı problem görürəm. Onun sağlamlığı yerində deyil – ya yarım vəziyyətdədir, ya da ümumiyyətlə onda kişilik potensialı yoxdur. Hələlik güc strukturları orada zorakılıq olub-olmaması barədə rəsmi açıqlama verməyiblər, ancaq mən nədənsə orada zorakılıq görürəm. Amma cinayətkara baxanda, onun impotent olma ehtimalının böyük olduğunu hiss edirəm və bu məni çaşdırır”.

Oxumağa dəyər:   Ruslan Nəsirliyə qəsd edilməsi iddiası haqda rəsmi açıqlama

Video 7-ci dəqiqədən