Beyləqanda polisə müqavimət göstərən şəxs tutulub.

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib. Bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açıb və görülmüş tədbirlərlə o, saxlanılıb.

Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.