Ermənistan polisi Yerevan küçələrində divarlara “#SutNikol”un (saxta Nikol) şüarı və haştaqı yazan gəncləri saxlayıb.

Aksiyanın əlaqələndirciləri olan Konstantin Ter-Nakalyan, Narek Samsonyan, Artur Danielayn, Vrej Sarkisyan və İşxan Xosrovyan aprelin 15-də polis bölməsinə aparılıblar.

Gənclər divara “#SutNikol” qraffit çəkməklə aksiya keçiriblər. Təşəbbüs qrupunun 9 üzvü saxlanlıb. Gənclər ifadə verməkdən imtina ediblər.

Qeyd edək ki, xristian inancına görə Nikolas xeyirxah insan olub. Gənclər divarlara “Saxta Nikol” qriffiti çəkməkləErmənistanın baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər.

İstinadlar Report