
Finlandiya polisi milli parlament üzvü (əvvəllər Əsl Finlər fraksiyasını təmsil edib – Qeyd) Timo Vornarenin evində axtarış aparıb.
Bu barədə “Yle” teleradio kanalı məlumat yayıb.
Axtarış zamanı qeydiyyatsız olan iki qaz tapançası və iki silah darağı götürülüb. Deputat hüquq-mühafizə orqanlarına bildirib ki, parlamentdəki iş yerinə iki dəfə silah gətirib.
Vornaren keçmiş polis məmurudur və silah gəzdirmək icazəsi var.