Qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Əsgərov Ələsgər Zakir oğlu dəfn edilib.

Mərhum polisimiz yaylım atəşi və Dövlət Himninin sədaları altında Naxçıvan şəhərinin Əliabad qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak ediblər. Dəfndə şəhidlərin ruhuna dualar oxunub, qəbrinə tər güllər düzülüb.

İstinadlar Qafqazinfo