Abşeronda narkotik maddələrin alışı və satışı ilə məşğul olan “Çornıy” ləqəbli şəxs tutulub.

Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 50 yaşlı İlqar Əhmədov üzərində gəzdirdiyi 1 kq-dan çox narkotik maddə olan həşişi başqa birinə satmaq istəyərkən saxlanılıb. O, narkotik maddəni Bakı şəhərində Rasim adlı şəxsdən aldığını və bu cinayəti ayda bir dəfə törətdiyini etiraf edib.

Özünə “Çornıy” ləqəbini seçən İ. Əhmədov əvvəllər də 3 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 


İstinadlar Qafqazinfo