Ağdaşda yol qəzası zamanı sabiq polis əməkdaşı vəfat edib.

Hadisə rayonun yuxarı Ləki kəndində baş verib.

İlkin məlumatlara əsasən, uzun müddət Ağdaş və Zərdab Dövlət Yol Polisi İdarələrinin əməkdaşı olmuş Samir Zamanpur qəzada həyatını itirib.

Onun qəzanı şəxsi avtomobili ilə törətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli

İstinadlar Qafqazinfo