
“İrəvan sülh danışıqlarından yayındıqca daha çox itirəcəyini başa düşəcək”.
Bunu “Report”a açıqlamasında ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl deyib.
Onun sözlərinə görə, Ermənistan yaxın gələcəkdə sülhə yaxın durmayacaq: “Mənə elə gəlir ki, real, bəlkə də, şiddətli qarşıdurma dövrünün astanasındayıq, bu çərçivədə bütün tərəflər mümkün olanı sınayır. Ermənistan təkbaşına qalib gələ bilməz, baxmayaraq ki, Azərbaycan bunu bacarar. Bu, İrəvanın və onu dəstəkləyənlərin üzləşməli olduğu reallıqdır”.
Mövcud problemin həll yollarına gəldikdə isə P.Qobl hər iki tərəfin danışıqlara davam etməli olduğunu vurğulayıb.