
“İranda gecə saatlarında bir sıra strateji müəssisələrdə güclü partlayışlar baş verib. Müharibə qatillər və onların iştirakçıları üçün ağır qanunlar qoyur”.
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bəyan edib.
“Müharibənin məntiqi amansız və ölümcüldür. Və müəlliflərə və şəriklərinə sərt hesablar verir” – deyə, o bəyan edib.
O xatırladıb ki, Rusiya irimiqyaslı işğala başlayandan bəri sonsuz səfərbərliyə əl atıb, Moskvada raketdən müdafiə sistemi quraşdırıb, səngərlər qazıb, bomba sığınacaqları hazırlayıb.