“Planet Parni iz Baku” KVN komandasının keçmiş üzvü Rauf Əsgərov dünyasını dəyişib.

Bu barədə “Azad Azərbaycan” (ATV) telekanalının departament rəhbəri Vado Korovin məlumat verib.

“Parni iz Baku” KVN komandasının üzvü, bizim qardaşımız Rauf Əsgərov vəfat edib. Allah rəhmət eləsin”, – Korovin yazıb.

Qeyd edək ki, Rauf Əsgərov 90-ci illərdə KVN komandasının üzvü olub.