PKK terror qruplaşmasının İranda fəaliyyət göstərən “Komile” adlı qoluna nəzarət İraq hökumətinə verilib.

Məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkianın İraqa səfəri ilə əlaqədar rəsmi Bağdad təhlükəsizlik məsələləri üzrə Tehran-Bağdad anlaşmasının daha bir bəndini reallaşdırıb.

Bildirilb ki, terror qruplaşmaları hazırkı qərargahlarını boşaldaraq sərhəddən İraqın şimal bölgəsinin daxili ərazilərinə doğru çəkilməyə məcbur edilib.

İnformasiyaya əsasən, “Komile” qruplaşması iki gün əvvəl İranla İraq arasında olan razılaşmaya görə mənzil qərargahını İraqın Suraş rayonundan Dukan şəhəri yaxınlığına, əvvəlki bölgədən 40 km şimala doğru çəkib.

2022-ci ildə iki ölkə arasında bütün terrorçu və separatçı qruplaşmaların İran sərhədi yaxınlığından təxliyə edilməsi və tərk-silah olunmasına dair razılıq əldə olunub.

Bildirilib ki, qruplaşma müstəqillikdən məhrum edilib və o, İraq hökumətinin nəzarəti altında bazada olacaq.

Komilə silahlı, marksizm-leninizm ideologiyalı kommunist partiyası, 1969-cu ildə yaranıb. Başçısı İbrahim Əlizadədir.

İstinadlar Report