Türkiyə-İraq sərhədində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 20 silahlısı məhv edilib.

Məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar sərhəd bölgəsindəki hərbi hissələrə baxış keçirir.

Qeyd edək ki, bu gün Türkiyənin Hakkari bölgəsində antiterror əməliyyatları zamanı 4 türk hərbçisi şəhid olub, 6-sı yaralanıb.

İstinadlar Report