Hacıqabulda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucar rayon Qaradağlı kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Mustafa Əli oğlu Hacıqabul rayon Nəvahi kəndi ərazisində yolu keçmək istəyən zaman onu “VAZ 2106” markalı avtomobili vurub.

Sürücü, ağır xəsarət alan piyadanı xəstəxanaya apararkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

İstinadlar Qafqazinfo