Naftalan şəhər Körpələr evi-Uşaq bağçasının bir sıra otaqlarında təmir işləri aparılıb. Təmir zamanı qarşıya qoyulan əsas məqsədlərdən biri istifadə edilən materialların düzgün seçilməsi idi. Bu zaman ekoloji cəhətdən təmiz, insan sağlamlığına zərəri olmayan təmir materiallarından istifadə əsas meyar kimi götürülüb.

“Pittsburgh Colors” şirkəti dünya boya sahəsinin nəhəngi olan ABŞ-ın “Pittsburgh Paints” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkətin az qoxulu, antibakterial və ən əsası hipo-alergen xüsusiyyətlərini özündə birləşdirən boyaları yüksək texnologiyalar əsasında hazırlanıb.

Qeyd edək ki, 135 ildən çox təcrübəsi olan “PPG Paints NHL” Milli Xokkey Liqasının rəsmi boyası olmaqla yanaşı, dünya nəhəngləri – “Boing” tipli təyyarələrin və kosmik Shuttların  boyanmasında da istifadə olunur.

“Uşaqlar bizim gələcəyimizdir” şüarına uyğun olaraq, hər zaman onların sağlamlığının qayğısına qalmalıyıq. Əminik ki, gələcəyimiz olan uşaqların daha yüksək keyfiyyətlə təmir olunmuş geniş və işıqlı qrup otaqlarında təlim-tərbiyə alması hər bir uşağın və valideynin sevincinə səbəb olacaq.



İstinadlar Qafqazinfo