Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov Sabunçu rayonu, Pirşağı qəsəbəsində çirkab sularının dənizə axıdılması ilə bağlı fikirlərə aydınlıq gətirib.

R.Babayevin bildirdiyinə görə, bu axar 2000-ci ildən çəkilib. Yəni 21 il ərzində mütəmadi olaraq bu axar üzərində ETSN tərəfindən monitorinqlər keçirilib, mütəmadi analizlər götürülüb, analitik təhlillər aparılıb və müəyyənləşdirilib ki, doğrudan da bu suyun tərkibində fekal tərkibli  çirkab sular mövcuddur: “Bunun qarşısının alınmasi ilə bağlı dəfələrlə yerli icra hakimiyyəti orqanlarına, eyni zamanda Azərsu ASC-yə mərkəzləşmiş kanalizasiya sisteminin çəkilməsi və ya axarın müvafiq yaxında yerləşən bioloji təmizləyici qurğuya yönəldilməsi üçün məktublarla müraciət olunub”. 

Nazirlik rəsmisi onu da bildirib ki, bu axar 2000-ci ildə Azərsu ASC və yerli icra hakimiyyəti ilə birlikdə Zabrat Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi üçün nəzərdə tutulub və bu xətt dənizə istiqamətlənib. Əsas məqsəd Zabrat gölünün suyunun tənzimlənməsidir: “2000-ci ildə 20-yə yaxın bu tipli axarlar, çirkab sular mövcud idi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2007-ci ildən başlayaraq 17 ədəd modul tipli çirkab su təmizləyici qurğu quraşdırılıb. Eyni zamanda “Azərsu” ASC tərəfindən də müvafiq işlər aparılıb. Yalnız hələ də bu problem davam etməkdədir. Nə vaxta kimi ki mərkəzləşmiş kanalizasiya sistemi olmayacaq bu problem həll olunmayacaq”.

İstinadlar Qafqazinfo