İran Prezidenti Tehran və Vaşinqton arasında birbaşa olmayan danışıqların normal keçdiyini bildirib.

Ran Prezidenti Masud Pezeşkian bu barədə hökumətin iclasında danışıb.

Onun sözlərinə görə, danışıqlar prosesi normal, ardıcıl rejimdə keçir və danışıqların gedişi ölkənin cari işlərinə mane olmur: “Razılaşma əldə olunarsa, təbii ki biz bunu alqışlayarıq”.

M.Pezeşkian İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə məsləhətləri və qeydləri üçün təşəkkür edib.

İstinadlar Report