
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana gələcək.
Bu barədə “A Haber” məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə liderinin may ayı üçün nəzərdə tutulmuş proqramında Azərbaycana səfər də var.
Əlavə edək ki, qarşıdakı günlərdə İran prezidenti və İsrail baş nazirinin də Bakıya səfəri gözlənilir.