
İran İslam Respublikası məzlum Fələstin xalqına bütün istəkləri reallaşana, hüquqları bərpa olunana, Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək.
Bu, İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian HƏMAS (Fələstin İslami Müqavimət Hərəkatı) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə təbrikinə təşəkkür məktubunda bildirib.