İsrailin Qəzza və Livanda atəşkəsə razılıq verməsi İranın oktyabrın 26 oktyabr hücumundan sonra yəhudi dövlətinə qarşı cavab tədbirləri barədə qərarına təsir edə bilər.
Bunu İslam Respublikasının prezidenti Məsud Pezəşkian bildirib.
Onun sözlərinə görə, İsrail “yaxşı bilir” ki, İrana qarşı səhv etdikləri təqdirdə “darmadağın edici cavab alacaqlar”.
“Yalnız onların öz davranışlarını yenidən nəzərdən keçirməsi, atəşkəsə və regionda günahsız insanların öldürülməsinə razılıq verməsi bizim necə və hansı güclə cavab verəcəyimizə təsir edə bilər”, – deyə Pezəşkian vurğulayıb.