ABŞ və onun müttəfiqləri İranın sülhməramlı nüvə proqramı ətrafında uydurma böhran yaradıblar, Tehranın müdafiə doktrinası nüvə silahından istifadəni nəzərdə tutmur.

Bunu İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian deyib.

“ABŞ və onun Qərb müttəfiqləri nüvə silahının yayılmaması rejimindən öz kəşfiyyat icmalarının qiymətləndirmələrinə zidd olaraq İranın dinc nüvə proqramı ilə bağlı böhran uydurmaq üçün qəsdən istifadə ediblər”, – Pezeşkianın “Tehran Times” qəzetində beynəlxalq ictimaiyyətə ünvanlanmış məqaləsində qeyd edilib.

İstinadlar Report