Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad Bölgəsi Baş İdarəsinin əməkdaşları üzərində tapança gəzdirən 49 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.

Işsiz olan və bu ilin sentyabrından miqrasiya orqanlarında qeydiyyata alınan şəxsdən götürülən tapançada 8 güllə olub.

Ekspertiza silahın atəşə yararlı olduğunu müəyyən edib. Hazırda cinayət işinin açılması məsələsi həll olunur.

İstinadlar Qafqazinfo