Yanvarın 20-də Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığındakı Parqolovo qəsəbəsində 2 aylıq azərbaycanlı körpə müəmmalı şəraitdə ölüb.

Körpənin üzərində zorakılıq əlamətləri olmayan meyiti Zareçnaya küçəsindəki evdə aşkarlanıb. Belə ki, ayaşlının anası ona süd vermək istəyərkən qızının nəfəs almadığını görüb. 

Məlumata görə, uşağın valideynləri müvəqqəti işləməsə də, imkanları yaxşı olub. Onlar heç vaxt nəzarət orqanlarında qeydiyyata alınmayıblar. 

Körpənin cəsədi tibbi ekspertizadan keçirilməsi üçün morqa göndərilib. 

Qeyd edək ki, uşağın 24 yaşlı anası Azərbaycan, 33 yaşlı atası Rusiya vətəndaşıdır.