Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Budapeştin sülh təşəbbüsü çərçivəsində Moskvaya gəlib.

O, bunu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib.

“Mən yenidən Macarıstanın sülh missiyası çərçivəsində gəlmişəm”, – P.Siyarto qeyd edib.

O vurğulayıb ki, son vaxtlar təhlükəli və məsuliyyətsiz qərarlar səbəbindən münaqişənin əvvəlindən eskalasiya riski ən yüksək həddədir. Macarıstan hesab edir ki, sülhün bərqərar olması üçün səylərə diqqət yetirmək lazımdır.

İstinadlar Report