Slovakiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu yüksək qiymətləndirir.
Bunu Slovakiya Prezidenti Peter Pelleqrini Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında Avropaya qaz tranziti müqaviləsinin başa çatması Slovakiyanı çətin vəziyyətə salıb.