Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Bu barədə diplomat sosial şəbəkədə yazıb.
“Azərbaycan və bütün azərbaycanlı dostlara Dövlət Bayrağı Günü münasibətilə təbriklər!”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Mixalko Bakıda “Bizi birləşdirən su” adlı fotosərginin açılışında iştirak etmişdi.