Azərbaycan daha çox aqrar məhsullarını Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarara bilər.

Bunu bu gün Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında deyib.

O qeyd edib ki, Aİ nümayəndəliyi Azərbaycanda dövlət qurumları ilə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə, özəl sektorla əməkdaşlıq edərək ölkənin kənd təsərrüfatını gücləndirilməyə çalışır: “Bu da Azərbaycan iqtisadiyyatının diversifikiasiyası baxımından çox önəmlidir”.

İstinadlar Report