“Avropa İttifaqı ilə Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələri qurulur və Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) proqramının həyata keçirilməsi buna sübutdur”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko proqramın icra tərəqqisinə dair illik toplantıda  deyib.

“AZTAF bizim [Azərbaycan hökuməti ilə] yüksək beynəlxalq standartlara uyğun işləmək yollarından biridir”, – o bildirib.

P. Mixalkonun sözlərinə görə, pandemiya dövründə Aİ və Azərbaycan bir sıra strateji əməkdaşlıq sahələri və iqtisadi əlaqələrin gücləndirilməsi üçün uzunmüddətli hədəflər müəyyən edib.

Nümayəndəliyin rəhbəri AZTAF proqramının iqtisadi inkişafın dəstəklənməsi, enerji səmərəliliyi, mobillik və s. məqsədlərə xidmət etdiyini vurğulayıb.

İstinadlar Report