“Yaxın perspektivdə Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşü planlaşdırılmır, lakin rəsmi Moskva öz platformasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün səylərini davam etdirməyə hazırdır”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Mətbuat katibi bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə vermək istiqamətində işini davam etdirir.

İstinadlar Report