“Donald Tramp prezidentlik kampaniyası zamanı Ukrayna münaqişəsini sülhə gətirmək istəyindən danışıb. Bu, onu indiki ABŞ administrasiyasının kursundan müsbət şəkildə fərqləndirir”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva.Kreml.Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.