
Rusiya Prezidenti Vladimir Putinin Pekinə, Çin lideri Si Cinpinin isə Moskvaya səfərinə hazırlıq gedir.
Bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, söhbət mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin ildönümünün və sentyabrda Pekində İkinci Dünya müharibəsinin başa çatmasının yubileyinin qeyd edilməsindən gedir.