“Rusiya Prezidenti Vladimir Putin bu gün vəzifəsinə başlayan Ukrayna Prezidenti Vladimir Zelenskini təbrik etməyəcək”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.

“Prezident Putin dövlət başçısı Zelenskini Ukraynanın şərqində daxili münaqişəni həll etməklə bağlı ilk uğurlar qazandıqda, eləcə də Ukrayna ilə Rusiya arasındakı münasibətlərin yoluna qoyulmasındakı ilk nəticələr qazandığında təbrik edəcək”, – Kreml rəsmisi vurğulayıb.

Ümumiyyətlə, hazırda Rusiya ilə Ukrayna arasında yüksək səviyyədə hər hansı təmasların gündəmdə olmadığı bildirilib.

İstinadlar Report