
Moskva Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlı olaraq Bakı və İrəvanla münasibətlərin inkişafını davam etdirəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O vurğulayıb ki, Cənubi Qafqaz Rusiya üçün uzaq region deyil.
“Biz Qafqazda sülh, sabitlik, qarşılıqlı etimad və təhlükəsizlik mühitinin olmasını istəyirik. Bizim həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Biz bu münasibətləri qiymətləndiririk və onları daha da inkişaf etdirmək üçün əlimizdən gələni etmək niyyətindəyik”, – D.Peskov bildirib.