Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban Rusiya ilə Ukrayna arasında danışıqlar aparılacağı təqdirdə Macarıstandan platforma kimi istifadə imkanını müzakirə etməyiblər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə bildirib.

“Xeyr. Bu məsələ müzakirə olunmayıb. Hələ ki, danışıqlar aparılmır”, – o vurğulayıb.

Peskov daha əvvəl jurnalistlərə deyib ki, dekabrın 11-də Putinlə telefon danışığı zamanı Orban Rusiya ilə Ukrayna arasında böyük məhbus mübadiləsinin keçirilməsini və Milad bayramı atəşkəsi elan etməyi təklif edib.

İstinadlar Report