Kreml gözləyir ki, Vaşinqton Səudiyyə Ərəbistanındakı ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Rusiyanı hansısa şəkildə məlumatlandıracaq.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu gün Ciddədə ABŞ-Ukrayna danışıqları olacaq. Sülh nizamlanmasına çıxış yollarını axtaran ABŞ tərəfi bizi hansısa şəkildə məlumatlandıracaq”, – o, Rusiya Prezidenti Vladimir Putin ilə Ağ Ev rəhbərinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun görüşünün mümkünlüyü barədə məlumatları şərh edərkən vurğulayıb.

İstinadlar Report