Kreml Fransa prezidenti Emmanuel Makronun növbəti səkkiz-on gün ərzində Rusiyaya təzyiqləri artırmaq zərurəti barədə bəyanatları ilə əlaqədar təəccübünü ifadə edib.

Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Elə təəssürat yaranır ki, Fransada Putin prezidentin dəfələrlə təkrarladığı, Rusiyanın heç bir ilkin şərt olmadan danışıqlar prosesinə başlamağa hazır olduğu barədə bəyanatlarını eşitməyə əziyyət çəkmirlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi hələ də buna reaksiya verməyib.

İstinadlar Report