Kreml ABŞ vitse-prezidenti Cey Di Vensin ABŞ qoşunlarının Ukraynaya göndərilməsi imkanı ilə bağlı bəyanatına dair izahat gözləyir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“ABŞ mətbuatındakı müsahibəyə gəlincə, bunlar mövqenin yeni elementləridir. Əvvəllər belə ifadələr eşitməmişdik, səsləndirilməmişdi. Ona görə də, söhbət etdiyimiz həmin təmaslar zamanı, əlbəttə ki, əlavə izahatlar alacağımıza ümid edirik”, – D.Peskov bildirib.

İstinadlar Report