Dekabrın 23-də energetika naziri Pərviz Şahbazov Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlarla görüşəcək.

Qəbul saat 11:00-dan etibarən Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Car küçəsi, 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] elektron poçt ünvanı, “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs Asim Məmmədov, əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, e-poçt: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov-az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq” bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

İstinadlar Report